İlham Əliyevdən Sumqayıt Dövlət Dram Teatrının 50 illiyi barədə sərəncam

5 İyul 2018 18:21 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sərəncam Sumqayıt Dövlət Dram Teatrının yaradılmasının 50-ci ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə imzalanıb.

Sərəncamla Mədəniyyət Nazirliyinə Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.