Dünyaca məşhur qəzet Azərbaycandakı isti barədə yazdı

5 İyul 2018 21:10 (UTC+04:00)

Oxu.Az xəbər verir ki, bu barədə “Washington Post” qəzeti xəbər verir.

Araşdırmalar göstərir ki, Yaxın Şərqdəki son həftənin ən yüksək temperaturu Omanda, Gürcüstan və Ermənistanda qeydə alınıb.

İyulun 2-də Yerevanda hava 42 dərəcəyə, 4 iyulda Tbilisidə 40,5 dərəcəyə çatıb.

Azərbaycanda orta temperatur 40 dərəcə, orta dağlıq ərazilərdə və Naxçıvan MR ərazilərində 40-44 dərəcə istidir.

İyulun 2-də Azərbaycanın paytaxtında temperatur 40-43 dərəcə isti təşkil edib.

AzNews.az