Bakıda əyləncə mərkəzində ölüm hadisəsi

5 İyul 2018 18:43 (UTC+04:00)

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Novxanıda yerləşən əyləncə mərkəzində qeydə alınıb. Əyləncə mərkəzində istirahət edən 1983-cü il təvəllüdlü Zamiq Nağıyev attraksiondan yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az