Qarabağlar Türbə Kompleksi bərpa olundu - Fotolar

5 İyul 2018 19:27 (UTC+04:00)

AzNews.az bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi elmi və tarixi əsaslarla bərpa edilib.

İyulun 5-də Qarabağlar Türbə Kompleksi bərpadan sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.