Kürdə 19 yaşlı gənc batdı

5 İyul 2018 19:53 (UTC+04:00)

AzNews.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Bu şəxs 1999-cu il təvəllüdlü Cabbarov Türxan Elşən oğludur.