Kanadada anomal istidən ölənlərin sayı artıb

5 İyul 2018 22:23 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, şərqində yerləşən Kvebek əyalətində qeydə alınan anomal istilər səbəbindən azı 33 nəfər dünyasını dəyişib.

Regionun səhiyyə rəsmilərinin verdiyi məlumata görə, 33 ölüm halından 18-i əyalətin iri şəhəri olan Monrealda qeydə alınıb.

Monrealın səhiyyə departamentinin rəhbəri Devid Kayser bildirib ki, ölümlərin əsas səbəbi soyuducu sistemlərin yaxşı işləməməsidir.