Dünyanın ən yaşlı ağacları - FOTOLAR
24 Mart 2013 14:24 (UTC+04:00)
Avstraliya və amerikalı alimlərinin araşdırmalarına görə, müəyyən tədbirlər görülməzsə, çox sayda heyvanı saxlayan və oksigen mənbəyi kimi çıxış edən bu yaşlı ağacların ömürləri azalacaqdır. "Science" jurnalında 100-300 yaşları olan ağacların məhvinin yaxınlaşmasının ciddi narahatlıq yaratdığı ifadə edilib.
Tədqiqatçılardan David Lindenmayer bu vəziyyətin yalnız yaşlı ağaclar üçün deyil bütün ekologiya üçün əhəmiyyəti olduğunu söyləyir. Yaşlı ağacların yox olmasının iqlim dəyişikliyi, meşə və kənd təsərrüfatına ziyanı olması ilə yanaşı, ağacların yox olması, meşələrdə yaşayan digər canlılara da birbaşa təsir edəcək.
Xəyalə Məmmədova
AzNews.az