“Əsrin müqaviləsi” nə qoşulmayan qüvvələr əziyyət çəkəcəklər” - Foto

5 İyul 2018 23:11 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında müstəqil gürcü eksperti David Avalişvili söyləyib.

O deyib ki, “Cənub Qaz Dəhlizi” Avropa ilə Cənubi Qafqaz regionu arasında təkcə energetika sahəsində deyil, bütün sahələrdə əməkdaşlığı gücləndirəcək. Eyni zamanda, 40 milyard dollarlıq bu layihə enerji təhlükəsizliyində, sülhün təmin olunmasında və regional əməkdaşlıqda mühüm rol oynayacaq.

Ekspertin fikrincə Azərbaycan, Gürcüstan və Türkiyə BMT platformasında siyasi məsələlərdə də fəal əməkdaşlıq edirlər. Azərbaycan ilə Gürcüstan qaçqın və məcburi köçkünlərin məsələlərində BMT-də səsvermədə eyni mövqedən çıxış etmələri ənənə halını alıb. Bu da region ölkələrinin birgə əməkdaşlığının əsas amildir.