``Sərhəddəki gərginliyin səbəbi Suriya rejimidir``

24 Mart 2013 14:59 (UTC+04:00)
İsrail ordusundan verilən açıqlamada bildirilir ki, İsrail hərbi avtomobillərinə açılan atəşdən sonra Suriya ordusuna aid hərbi düşərgəyə toplarla cavab verilib. Hazırda bölgədə vəziyyət gərgin olaraq qaldığı üçün, əraziyə əlavə qüvvələr cəlb edilib.

İsrailin müdafiə naziri Moşe Yaalon, sərhəddəki gərginliyə görə Suriya rejimini günahkar saydığını deyib. "Əgər bir daha belə bir hal baş verərsə, İsrail Suriyanın bütün hücumlarının qarşısını qətiyyətlə alacaq" deyə nazir xəbərdarlıq edib.

Suriya ordusu isə hələlik bununla bağlı heç bir açıqlama verməyib.

AzNews.az