Tramp Merkeli tənqid etdi

6 İyul 2018 11:12 (UTC+04:00)

Trend-in məlumatına görə, amerikalı lider kansleri müdafiə xərclərinə kifayət qədər vəsait ayırmamaqda ittiham edir.

Montanada keçirilən mitinq zamanı çıxışında D.Tramp bildirib ki, Almaniya Aİ-nin ən böyük ölkəsi olduğu halda büdcədə müdafiə xərclərinə az pay ayırıb ki, bu qəbuledilməzdir.

D.Tramp daha sonra əlavə edib: "Sonra onlar gedir neft və qaza görə Rusiyaya milyardlarla dollar ödəyirlər, biz isə (yəni ABŞ) axmaq kimi qalan xərcləri ödəməliyik".

AzNews.az