“Qafqazinfo” xəbər verir ki, penaltilər seriyasında qalib gələn britaniyalıların qapıçı məşqçisi rəqibin vurduğu hər 11 metrlik zərbədən öncə çərçivə qoruyucusu Cordan Pikforda su şüşəsi gətirib.
Hər kəs görüntülərdə onun şüşədə sadəcə su olduğunu düşünsə də, əslində məsələ fərqli imiş. Belə ki, qapıçı məşqçisi Martin Marqetson hər dəfə şüşənin üzərinə rəqib futbolçunun penaltini hansı tərəfə vuracağını yazıb Pikforda verirmiş. Hakim görməsin deyə o, şüşənin üzərini də örtürmüş.
Eyni üsulun İngiltərənin qadın xokkey komandası tərəfindən bir neçə müddət öncə istifadə olunduğu da ortaya çıxıb.
AzNews.az