ETSN hava şəraiti ilə bağlı xəbərdarlıq etdi

6 İyul 2018 13:26 (UTC+04:00)

ETSN-dən AzNews.az-a verilən məlumata görə, iyulun 7-dən 8-i gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək.

Azərbaycan rayonlarında iyulun 7-dən 8-i axşamadək qərb küləyinin bəzi yerlərdə arabir güclənəcəyi, ayrı-ayrı şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi, bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın keçəcəyi ehtimalı var.