Yardımlıda meşədə baş vermiş yanğın lokallaşdırıldı - Fotolar

6 İyul 2018 14:29 (UTC+04:00)

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, bir neçə ərazidə tüstülənmə müşahidə olunur.

Lokallaşdırılan ərazilərdə olan yanğının və tüstülənmənin tam qarşısını almaq istiqamətində işlər davam etdirilir, çətin keçilən ərazilərə texnika da cəlb olunub.

Qeyd edək ki, 5 iyulda Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əhatə etdiyi çətin keçilən dağlıq ərazidə yanğın hadisəsi baş verib. Havaların anomal isti və quru keçməsi, həmçinin küləkli olması yanğının tam söndürülməsində çətinlik yaradıb.

AzNews.az