Yaponiyada leysandan ölənlərin sayı 4 nəfərə çatdı

6 İyul 2018 15:03 (UTC+04:00)

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hökumət orqanları tərəfindən 560 min sakinə daşqın və torpaq sürüşməsi təhlükəsi səbəblərindən evlərini tərk etmək, inzibati binaların xüsusi təxliyə mərkəzlərində qalmaq tövsiyə olub. Onların yarısı Kioto prefekturasının sakinləridir. Orada çaylarda suyun səviyyəsi böhran həddinə çatıb.

Yaponiya hökuməti yanında təbii fəlakətin fəsadlarının aradan qaldırılması işlərini əlaqələndirən və informasiya toplayan qərargah yaradılıb. Bundan başqa, ölkənin bəzi yerlərində bu işlərə Özünümüdafiə Qüvvələrinin döyüşçüləri cəlb edilib. Yaponiya meteoroloji idarəsinin məlumatına görə, ötən gün Sikokuya 400 mm yağıntı düşüb. Üç gün ərzində bunun 1100 mm-ə çatacağı gözlənilir. Digər yerlərdə yağıntının miqdarı 150-300 mm arasında olub.

AzNews.az