Lavrovla Zərif Suriyanı müzakirə etdilər

6 İyul 2018 15:15 (UTC+04:00)

Trend-in məlumatına görə, görüş zamanı müzakirə olunan əsas mövzular İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Fəaliyyət Planının icrasının davam etdirilməsi və Suriya məsələləri olub.

Qeyd olunur ki, müzakirənin diqqət mərkəzində ABŞ-ın nüvə sazişini tərk etməsindən sonra bu sənədin icrasının davamı yer alıb.

Bu gün həmçinin sazişə üzvü olan digər ölkələrin nazirlərinin görüşü planlaşdırılır.

AzNews.az