İspaniyada “erməni mafiyası”na qarşı əməliyyat - 129 nəfər həbs olundu

6 İyul 2018 15:39 (UTC+04:00)

Trend-in məlumatına görə, bu barədə İspaniya milli polisinin nümayəndələri bu gün Madriddə keçirilən mətbuat konfransında bildirib.

Əməliyyatlar iyunun 26-da başlayıb. Bu müddət ərzində 129 nəfər saxlanılıb, İspaniyanın müxtəlif şəhərlərində 74 axtarış keçirilib.

Saxlananlar barəsində korrupsiya, şantaj, qanunsuz silah saxlama, çirkli pulların yuyulması, narkotik ticarəti, saxta sənədlərin və saxta pulların düzəldilməsi və digər ittihamlar irəli sürülüb.

Qeyd olunur ki, erməni mafiyasının üzvləri avtomobilləri bir ölkədən digərinə keçirib, sənədləri dəyişərək satışa çıxarıb. Bundan başqa, onlar postsovet məkanında müxtəlif idman oyunlarının nəticələrinə təsir göstərib, danışılmış oyunlar təşkil edib.

Axtarışlar zamanı 100 min avro pul, silah-sursat, qiymətli metalların əridilməsi üçün avadanlıq və çoxlu sayda tütün və narkotik vasitələr aşkar edilib.

AzNews.az