Yunis Səfərov danışdı: “Mənə qarşı təzyiq olunmayıb” (Video + Yenilənib)

6 İyul 2018 18:11 (UTC+04:00)

AzNews.az Daxili İşlər nazirliyinə istinadən həmin videonu sizə təqdim edir:

***

16:58

"Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında baş vermiş hadisəni mən törətmişəm. Hazırda saxlanılmışam və istintaq gedir".

"Qafqazinfo" xəbər verir ki, bunu "Xəzər Xəbər"ə açıqlamasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş Yunis Səfərov deyib.

Y.Səfərov qeyd edib ki, hüquqları ona izah olunub və vəkillə təmin edilib.

Y.Səfərov, sosial şəbəkələrdə ona qarşı güc tətbiq edildiyi və xəsarət yetirildiyi barədə yayılmış görüntülərə də münasibət bildirib.

AzNews.az