Xəzərdə batanlar var - Yenilənib

6 İyul 2018 20:24 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, ən yaxın xilasetmə məntəqəsindən təxminən 1-1,5 km aralı, nəzarətsiz ərazidə çimərkən batdığı bildirilən 3 nəfərin axtarışları ilə əlaqədar aparılan əməliyyat nəticəsində təxminən 20-25 yaşlarında iki naməlum kişi meyiti aşkarlanıb.

Meyitlər sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Şəxsiyyətləri dəqiqləşdirilir. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən axtarış tədbirləri davam etdirilir.

***

19:12

Xəzər dənizində üç nəfər batıb.

AzNews.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə 3 nəfərin batması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.