DÇ-da ilk yarımfinalçı məlum oldu - Fotolar

6 İyul 2018 19:51 (UTC+04:00)

AzNews.az xəbər verir ki, günün ilk matçında Fransa və Uruqvay milliləri qarşılaşıb.

Əsas hücümçusu olan Kavanninin yoxluğunda meydana çıxan Uruqvay milisi hücumda çox zəif təsir bağışlayıb.

Qapıçı Musleranın səhvi isə bu matça damğa vuran əsas hadisə olub.

Beləliklə, yekun nəticə Fransanın 0:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda qolları "Real"lı müdafiəçi Rafael Varan (40-cı dəqiqə) və "Atletiko"nun ulduz hücümçusu Antuan Qrizman (61-ci dəqiqə) vurub.

Qeyd edək ki, bu qələbə ilə də fransızlar bu dünya çempionatında yarımfinal mərhələsinə adlayan ilk komanda olublar.

Murad Abdulla

AzNews.az