Sumqayıt Su Kanal İdarəsinin rəisi cərimələnib - Çirkab suların Xəzərə axıdılmasına görə

7 İyul 2018 10:35 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı xəbərə görə, sözügedən əraziyə keçirilən baxış zamanı çirkab suların birbaşa Xəzər dənizinə axıdıldığı aşkar olunub. Araşdırma zamanı çirkab suların Sumqayıt Su Kanal İdarəsinə məxsus kanalizasiya şəbəkəsindən təxliyə üçün nəzərdə tutulan boru xətdən birbaşa dənizə axıdıldığı müəyyən edilib.

Faktla bağlı Sumqayıt Su Kanal İdarəsinin rəisi Darvin Hüseynov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub.

Belə hallara bir daha yol verilməməsi üçün İdarəyə icrası məcburi olan “məcburi göstəriş” verilib.

AzNews.az