Pirşağı çimərliyində batan şəxslərin adları məlum olub

7 İyul 2018 10:48 (UTC+04:00)

APA-nın əldə etdiyi məlumata görə, onlar – 1997-ci il təvəllüdlü Əli Rüstəm oğlu Əbdürrəhmanov, 1998-ci il təvəllüdlü Nizami Namiq oğlu Qasımov və 1991-ci il təvəllüdlü Hüseyn Muxtar oğlu Kərimovdur.

Xilasedicilər onlardan ikisinin – Ə. Əbdürrəhmanov və N. Qasımovun meyitlərini taparaq sudan çıxarıb. H. Kərimovun axtarışları davam etdirilir.