Tovuz sakini bıçaqlanıb

7 İyul 2018 11:02 (UTC+04:00)

APA-nın verdiyi məlumata görə rayonun Bayramlı kənd sakini, 1986-cı il təvəllüdlü Səbuhi Ələsgərov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətini kafi olduğu bildirilir.

İlkin məlumata görə S. Ələsgərov münaqişə zəminində həyat yoldaşı tərəfindən bıçaq xəsaərti alıb.

Faktla bağlı araşdırma aparılır.