Velisoped sürən yeniyetməni maşın vuraraq öldürüb

7 İyul 2018 11:23 (UTC+04:00)

APA-nın məlumatına görə, hadisə bir neçə gün əvvəl Saray qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Rəşad Rzayev idarə etdiyi “Volkswagen Touareg” markalı, 10 TK 223 dövlət nömrə nişanlı maşınla velosiped sürən 2003-cü il təvəllüdlü Cavid Mustafayevi vurub. Nəticədə C. Mustafayev iyulun 5-də xəstəxanada ölüb.

Faktla bağlı Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.