Medvedev Türkiyəyə gedir

7 İyul 2018 14:09 (UTC+04:00)

Bu barədə "Report" Rusiya hökumətinin saytına istinadən xəbər verir.

"Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin tapşırığı ilə hökumətin sədri Dmitri Medvedev iyulun 9-da Türkiyəyə səfər edəcək", - məlumatda deyilir.

Andiçmə mərasimi iyulun 9-də keçiriləcək.

Xatırladaq ki, R.T.Ərdoğan bu il iyunun 24-də keçirilən prezident seçkilərində 53% səs toplayıb.

AzNews.az