Dünyanın ilk vətəndaş robotu beynəlxalq sammitdə iştirak edəcək

7 İyul 2018 14:38 (UTC+04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, robot qadın sammit çərçivəsində iyulun 18-də ictimai xidmətlər və innovasiyalar mövzusunda keçiriləcək sessiyada auditoriyaya təqdim olunacaq.

Beynəlxalq tədbirə dünyanın 70-dən çox ölkəsindən nümayəndələr qatılacaq.

Qeyd edək ki, qadın robot Sofiya 2015-ci ildə yaradılıb. 2017-ci ildə ona Səudiyyə Ərəbistanının vətəndaşlığı verilib. Sofiya vətəndaşlıq almış ilk robot kimi tarixə düşüb.

AzNews.az