Ermənistan XİN başçısı Elmar Məmmədyarovla tezliklə görüş planlaşdırıldığını təsdiqlədi

7 İyul 2018 14:45 (UTC+04:00)

APA-nın “news.am”-a istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan "Şant" telekanalına verdiyi müsahibədə deyib.

Z.Mnatsakanyan azərbaycanlı həmkarı ilə tezliklə görüş planlaşdırıldığını təsdiqləyib və əlavə edib ki, artıq görüşlə bağlı razılıq əldə edilib.

" Sülh üçün əlverişli bir atmosferdən danışarkən, bu, geniş kontekstə malik bir prinsipdir və bu da atəşkəs rejimini gücləndirməklə bağlı funksiyaları əhatə edir. Biz tərəfimizdən heç nə dəyişməyib", - deyə Ermənistan XİN rəhbəri ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin monitorinq qrupunun genişləndirilməsi haqqında razılaşmaların yerinə yetirilməsi və atəşkəs rejiminə riayət olunmasına nəzarətin vacibliyi ilə bağlı söylədiyi fikri şərh edərkən deyib.

AzNews.az