İrandan Ukraynaya heroin aparmaqda təqsirləndirilən şəxs həbs edildi

7 İyul 2018 14:52 (UTC+04:00)

Vəkil Hafiz Ələsgərovun APA-ya verdiyi xəbərə görə, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə verilən təqdimat təmin edilib. İ. Ağayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Vəkil qeyd edib ki, hüquqlarını müdafiə etdiyi şəxs daşıdığı yükün narkotik vasitə olduğundan xəbəri olmayıb: "Buna görə də o məhkəmədə özünü təqsirli bilməyib".

Qeyd edək ki, Astara gömrük keçid məntəqəsində, idxal gömrük nəzarəti xəttində Azərbaycan Respublikasının vətəndaşı Ağayev İmamverdi Abusət oğlunun idarə etdiyi "Mercedes-Benz Axor" markalı, 99DM054/99ZA371 nömrəli yük nəqliyyat vasitəsi risk analizləri nəticəsində saxlanılıb, gömrük və sərhəd xidmətinin əməkdaşları ilə birgə avtomobilə baxış keçirilib.

Həmin nəqliyyat vasitəsində olan "Sodium Karbonat" yükünün Azərbaycandan tranzit keçməklə İranın "Mojtaba Shage Azar" şirkətindən Ukrayna Respublikasının "LLC Lisintra" şirkətinin ünvanına aparılması nəzərdə tutulub.

Nəqliyyat vasitəsi öncə stasionar rentgen qurğusu ilə yoxlanılıb və avtomobilin qoşqusunda olan "Sodium Karbonat" yükünün arasında şübhəli cizgilər müşahidə edilib.

Bu səbəbdən qoşqudakı 20 ədəd paletdə, cəmi 800 ədəd polietilen torbada olan "Sodium Karbonat" yükü boşaldılıb və həmin yükə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. Xidməti it yükə reaksiya verdiyi üçün isə bütün polietilen torbalar açılaraq təkrar yoxlanılıb.

Bu zaman, 2 ədəd paletdə - üzərində "Najı Sodium Bicarbonate Fire Extinguıshıng Powder" sözləri yazılmış 25 ədəd polietilen torbada ümumi çəkisi 260 kq narkotik vasitə aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən aşkar edilən narkotik vasitə kustar üsulla hazırlanmış heroindir.

AzNews.az