İşgəncələrə Qarşı Azərbaycan Komitəsi 8 rayonun polis şöbəsində monitorinq keçirib

7 İyul 2018 19:14 (UTC+04:00)

Komitə sədri T. Hüseynovun APA-ya verdiyi məlumata görə, onlar polis şöbələrinin müvəqqəti saxlanma yerlərinə baxış keçirib və orada saxlanılan şəxslərlə görüşüblər.

Onun sözlərinə görə, monitorinqin keçirilməsində məqsəd saxlanma yerlərində saxlanma şəraitinin və saxlanılan şəxslərə rəftarın araşdırılması, onların hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub: “Monitorinq zamanı saxlanma şəraiti, qidalanma, ərzaq təminatı, tibbi yardım, rəftar məsələləri araşdırılıb. Saxlanma şəraiti, saxlanılan şəxslərə qarşı münasibətlə bağlı bizə heç bir şikayət daxil olmayıb. Saxlanılan şəxslərin böyük əksəriyyəti inzibati qaydada tutulan şəxslər olub”.

T. Hüseynov İşgəncələrə Qarşı Azərbaycan Komitəsi tərəfindən Şəki, Qax və Zaqatalada rayonlarında əhali arasında “Vətəndaş və polis münasibətləri” ilə bağlı sorğu keçirildiyini vurğulayıb. O qeyd edib ki, sorğunun nəticələrinə əsasən, vətəndaşlar polislərin davranışından razılıqlarını bildiriblər.

AzNews.az