“Bu iki qəzet müflisləşəcək” - Tramp

7 İyul 2018 19:45 (UTC+04:00)

"Report" xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün "Twitter" səhifəsində yazıb.

Onun fikrincə, buna səbəb qəzetlərin uydurma xəbərlər yaymasıdır.

Tramp hesab edir ki, "Twitter" sosial şəbəkəsi rekord templə saxta akkauntlardan qurtulur. Yalan xəbərlər yayan və akkaunt kimi çıxış edən, "Amazon" şirkətinin təbliğat maşını - "The New York Times" qəzeti, eləcə də daim istinadı olmayan, anonim mənbələrdən çıxış edən "The Washington Post qəzeti" yeddi il sonra müflisləşəcəklər.

AzNews.az