Dəniz daha bir can aldı

7 İyul 2018 19:52 (UTC+04:00)

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə Dənizkənarı Bulvar ərazisində qeydə alınıb.

Belə ki, Xəzər dənizinin Sumqayıt şəhərinin Dənizkənarı Bulvar ərazisinə düşən hissəsində orta yaşlı kişinin batdığı məlum olub. Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları cəlb olunaraq meyiti sudan çıxarıblar. Hazırda onun kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az