Şəmkirdə güclü yanğın

7 İyul 2018 20:28 (UTC+04:00)

APA-nın qərb bürosunun məlumatına görə, yanğın rayonun Şiştəpə kəndindən başlayaraq Şəmkir–Gədəbəy avtomobil yolunun Yasamal aşırımına kimi ərazini əhatə edib.

FHN-in Şəmkir rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, ərazidə quru ot və kol-kos yanır.

Alovun yaxınlıqdakı meşə massivinə keçməməsi üçün Tovuz, Gədəbəy və Şəmkirdən də yanğınsöndürmə briqadaları cəlb olunub.

AzNews.az