ABŞ-ın Nyu-Cersi şəhərində binada partlayış olub - Ölənlər var

7 İyul 2018 21:55 (UTC+04:00)

APA-nın ABC telekanalına istinadən verdiyi xəbərə görə, mənzildə baş vermiş partlayış nəticəsində yaşlı cütlük ölüb.

Partlayışın qaz sızması səbəbindən baş verdiyi ehtimal edilir. Partlayış nəticəsində bir neçə qonşu mənzilə də ciddi ziyan dəydiyi bildirilir.

AzNews.az