Polşa Azərbaycanda ticarət nümayəndəliyi açmaq istəyir

7 İyul 2018 22:04 (UTC+04:00)

Bu barədə Trend-ə Polşanın Xarici İşlər naziri Yaçek Kşiştof Çaputoviç müsahibəsində bildirib.

Bu il biz Bakıda ticərət nümayəndəliyinin ofisini açmağı planlaşdırırıq. Bu Polşa İnvestisiya və Ticarət Təşkilatı (PAIH) nəzdində fəaliyyət göstərən filial olacaq. Mən əminəm ki, bu ticarət nümayəndəliyi ticarət və qarşılıqlı investisiyaların daha da artmasına təkan verəcəkdir ", - nazir deyib.

Çaputoviç qeyd edib ki, Azərbaycan Cənubi Qafqaz regionunda Polşanın çox vacib iqtisadi tərəfdaşıdır.

Nazirin sözlərinə görə, Polşa kənd təsərrüfatı, nəqliyyat, kimya sənayesi, informasiya texnologiyaları, gəmiqayırma, turizm və kiçik elektronika kimi sahələrdə Azərbaycanla əməkdaşlığın inkişafına diqqət yetirməyi planlaşdırır.

AzNews.az