Yük maşını piyadanı vurdu

7 İyul 2018 22:43 (UTC+04:00)

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “Mercedes” markalı 99 NR 306 dövlət nömrə nişanlı yük avtomobili yolu keçən Əlisoltanlı kənd sakini 1985-ci il təvəllüdlü Qasımov Elçin Bahadur oğlunu vurub.

Piyada ağır kəllə-beyin travması ilə Saatlı Rayon Xəstəxanasına yerləşdirilib.

Araşdırma aparılır.

AzNews.az