Nyu-Yorkda 75 yaşlı kişi Trampın tərəfdarlarını ölüm ilə hədələdi

8 İyul 2018 10:52 (UTC+04:00)

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məlumata görə, Martin Astrof şəxsi evinin yanında, Neskonset şəhərində saxlanılıb. Təqaüdçü Trampın tərəfdarlarını təhdid edib, həmçinin respublikaçı Li Zeldini aşağılayıb.

Astrof Saffolk dairəsində konqresmenlərdən birinin qərargahının əməkdaşları ilə dava edib, sonra isə avtomobillə Trampın tərəfdarlarını vurmaq istəyib. Təqaüdçü terror xarakteri təhdid törətməsində, həmçinin təhlükəli rəftarda ittiham edilir. O, məhkəməyə qədər həbsdə olacaq.

AzNews.az