Yaponiyada leysan oldu - 80-dən çox ölü (Foto)

8 İyul 2018 18:22 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, Yaponiyada leysan yağışlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 81 nəfərə çatıb, 60 nəfər itkin düşüb.

Ölənlərin əksəriyyəti Honsyu adasının sakinləridi.

***

15:43

AzNews.az-ın məlumatına görə, Küsü və Sikoku adalarında leysan yağışları nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb. 92 nəfər isə itkin düşüb.

Həmçinin, dövlət və şəxsi əmlaka külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, leysan yağışları artıq 3 gündür ki, davam edir.

***

11:32

Yaponiyada leysan yağışlar və onun törətdiyi sürüşmələr nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.

AzNews.az yerli mətbuata istinadən xəbər verir ki, təbii fəlakət zamanı daha 45 nəfər itkin düşmüş hesab edilir.

Öz növbəsində NHK telekanalının məlumatına görə, 6 nəfər huşsuz vəziyyətdədir.

"Associated Press" ölənlərin artıq 76 nəfərə çatdığını, 90 nəfərin isə itkin düşdüyünü yazır.

Ən çox ölüm halı Honsyu adasının cənub-qərbində yerləşən Hirosima prefekturasında və Sikoku adasının Exime prefekturasında qeydə alınıb.

Leysan nəticəsində əsas yolların bir çoxu tamamən yararsız hala düşüb.