Rusiya millisinin üzvü karyerasını bitirdi

8 İyul 2018 12:01 (UTC+04:00)

"Report" xəbər verir ki, təcrübəli müdafiəçi qərarını dünya çempionatının 1/4 finalında Xorvatiyaya penaltilər seriyasında uduzduqları görüşdən sonra açıqlayıb.

O, 39 yaşının tamamına bir həftə qalmış bu addımı atıb.

İqnaşeviç millidə 127 oyuna 7 qol vurub və 2008-ci il Avropa çempionatının bürünc mükafatçısı olub. MOİK-də isə o, 2004-cü ildən çıxış etməyə başlayıb. Mərkəz müdafiəçisi 14 il ərzində 381 oyuna 35 qol vurduğu klubun uzun müddət kapitanı olub. İqnaşeviç Moskva təmsilçisi ilə 18 titul əldə edib. Bunlardan 1-i UEFA Kuboku, 5-i Rusiya çempionluğu, hərəyə 6-sı ölkə kuboku və Super Kubokudur.

AzNews.az