Türkiyədə 18,5 mindən çox dövlət qulluqçusu işdən çıxarıldı

8 İyul 2018 12:43 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

2016-ci ilin iyul ayında tətbiq olunmuş fövqəladə vəziyyət əsasında 701 satlı qərar qəbul edilib.

Qeyd olunur ki, Türkiyə Silahlı Qüvvələrində 6152 nəfər işdən azad edilib. Təhlükəsizlik Xidmətində işdən azad olunanların sayı 8998 nəfərdir, jandarmeriyada - 649 nəfər, Ədliyyə Nazirliyində - 1051 nəfər, Təhsil Nazirliyi - 658 nəfər, dini işlər üzrə idarədə - 240 nəfər, XİN-də - 38 nəfər, dövlət universitetlərində - 199.

Həmçinin, ölkədə 1 telekanal, 3 qəzet və 12 dərnək bağlanıb.