Şəki Dispanserində xəstə pəncərəni sındırıb özünü yerə atdı

8 İyul 2018 19:43 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, müxtəlif dərəcəli bədən xəsarətləri alan Şahmar Osmanov Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan APA-ya bildirilib ki, Şahmar Osmanova sol qolun dirsək nahiyəsinin açıq sınığı və başın alın nahiyəsinin cırılmış yarası diaqnozu qoyulub. Şahmar Osmanova lazımi tibbi yardım göstərildikdən sonra Şəki Əsəb Xəstəlikləri Dispanserinə geri göndərilib.

Faktla bağlı araşdırma aparılır.