Xəzərdə batan şəxsin cəsədi tapıldı

8 İyul 2018 20:10 (UTC+04:00)

AzNews.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (nəzarətsiz ərazidə) 1 nəfərin (kişi) batması barədə məlumat daxil olub.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.