Gəncədə uşaq bağçasında yanğın

8 İyul 2018 21:24 (UTC+04:00)

AzNews.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 100 m² olan uşaq bağçasının (hazırda fəaliyyət göstərmir) yerləşdiyi birmərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.