Masazırda ev yanıb

9 İyul 2018 09:20 (UTC+04:00)

FHN-in yaydığı xəbərə görə, ikimərtəbəli 6 otaqlı evə bitişik ümumi sahəsi 90 m² olan talvarın yanar konstruksiyaları, mətbəx mebeli 5 m² sahədə və evin pəncərə çərçivəsi 2 m² sahədə yanıb.

Yüksək temperaturdan yaxınlıqdakı hamamın plastik qapısı əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.