Böyük Britaniyanın Brexit məsələləri üzrə naziri istefa verib

9 İyul 2018 09:50 (UTC+04:00)

APA-nın məlumatına görə, bu barədə “Press Association” agentliyi xəbər verib. “Devid Devis nazir postundan istefa verib”, məlumatda deyilir.

64 yaşlı Devid Devis 2016-cı ilin iyulunda "Brexit" məsələləri üzrə nazir təyin edilib. O, Britaniyanın Avropa İttifaqından çıxması üzrə danışıqlara rəhbərlik edib.

Qeyd edək ki, 2016-cı il iyunun 23-də Böyük Britaniyada keçirilən referendumda seçicilərin 51,9 faizi ölkənin Avropa İttifaqını tərk etməsini dəstəkləyib.