Qusarda 30 yaşlı kişi toyda qətlə yetirilib

9 İyul 2018 10:10 (UTC+04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata, hadisə rayonun Gədəzeyxur kəndində qeydə alınıb. Kənddə keçirilən toy mərasimində kənd sakini, 1979-cu il təvəllüdlü Mirzəbəyov Səlim Balabəy oğlu şəxsi münaqişə zəminində tanışı, Bakının Xəzər rayonunun Qala qəsəbəsində yaşayan 1988-ci Qədirov İlham İslam oğlunu bıçaqlayıb. İ. Qədirov xəstəxanaya aparılsa da, aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı Qusar rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.