İsmayıllıda 10 yaşlı uşağı avtomobil vurub

9 İyul 2018 10:19 (UTC+04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Təzəkənd kənd sakini, 2007-ci il təvəllüdlü Əsədov Fərda Səyyad oğlu Muğanlı-İsmayıllı yolunu keçərkən naməlum avtomobil onu vurub. Hadisəni törədən sürücü qaçıb. Uşaq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır