Həsənağa Sadıqovun səhhəti ağırlaşıb - “Həkimlər deyib ki, aparın evinə"

9 İyul 2018 11:54 (UTC+04:00)

Bu barədə AzNews.az-a jurnalist Emil Məmmədov məlumat verib. Onun sözlərinə görə, həkimlər Həsənağa Sadıqovun xəstəxanadan evə aparılmasını məsləhət görüb:

“Artıq qaraciyər funksiyasını itirib. Bakıda xəstəxanada idi. Həkimlər deyib ki, aparın evinə. Dünən getdim ki, ona baş çəkim. Amma görüşə bilmədim, iynə vurmuşdular deyə yatırdı”.

Bahar RÜSTƏMLİ
AzNews.az