XİN-in rəhbərliyi Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib

9 İyul 2018 12:05 (UTC+04:00)

APA-nın xəbərinə görə, ziyarət zamanı Heydər Əliyevin və oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarları üzərinə gül dəstələri düzülüb.

Daha sonra Şəhidlər Xiyabanına gedən XİN-in rəhbərliyi və əməkdaşları şəhidlərin məzarları üzərinə və onların xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə gül düzüblər və əklil qoyublar.