Maliyyə böhranının sirləri-ARAŞDIRMA

25 Mart 2013 03:21 (UTC+04:00)
Dünya iqtisadiyyatının pərdəarxası və..


2008-ci ildə ABŞ-dan başlayan və qısa bir müddət ərzində bütün dünyanı cənginə alan "beynəlxalq maliyyə böhranı"nın dünya iqtisadiyyatına vurduğu zərər bu böhranı araşdıran iqtisadçıların proqnozlarından sonra hər kəsdə belə bir təsəvvür yaratdı ki, növbəti dalğa daha təhlükəli olacaq. Böhranın əsl səbəblərinin araşdırılmasına mane olan qüvvələr aradan keçən illər ərzində nəzarətlərində olan iri media imperiyalarının köməyi ilə dünya ictimaiyyətində yanlış təsəvvür yaradaraq bu böhranı gah hərbi xərclərin çox olması, gah dünya əhalisinin həddən artıq çoxalması və istehlak məhsullarına bir neçə dəfə artan tələbatla, gah da qlobal istiləşmə ilə əlaqələndirdilər.

Nüfuzlu iqtisadi araşdırmalar institutları tərəfindən aparılan ekspertizaların dərc olunmuş nəticələri beyinlərdə doğan sualların cavablanmasına kifayət etmədi. Böhranı araşdırmağa başlayan müstəqil ekspertlərin gəldiyi nəticələr isə dünyanın gələcəyini təhlükəyə ata biləcək məsələlərdən xəbər verirdi. Belə araşdırmaların dərc olunmuş hissələrinin öyrənilməsi və bu analitik materialların bir-biri ilə tutuşdurulmasından sonra ortaya çıxan gerçəklik, sözün əsl mənasında bəşəriyyətin daha bir qlobal müharibəyə sürükləndiyini göz önünə gətirdi.

Çoxsaylı analizlər, iqtisadi proqnozlar və dünya fond birjalarından toplanmış xəbər xarakterli yüzlərlə materialı araşdırdıqdan sonra oxucularımızı "qlobal maliyyə böhranının" yaranma, daha doğrusu, yaradılma səbəbləri ilə tanış etmək istədik. Araşdırmalarımıza ABŞ-ın iflasa uğrayan və ya rəhbərliyi tərəfindən "müflis" elan edilmiş investisiya banklarından ən böyüyü "Goldman Sachs"ın fəaliyyətini araşdırmaqla başlamaq məncə, yerinə düşər.

"Goldman Sachs"

Dünyanın ən iri kapitalist ailəsi Rotşildlərə məxsus qrupa aid olan bu bankın əsası 1869-cu ildə Markus Qoldman tərəfindən qoyulub. Bank 2008-ci ilə qədər ABŞ-ın ən iri investisiya bankı sayılırdı. Araşdırmalar nəticəsində bankın 2005-ci ildən öz əməliyyat bazasını Çinə köçürdüyü aydın olub. Çindəki fəaliyyətini ABŞ bazarından bu ölkəyə transfer etdiyi 50 min ton qızılla kompensasiya edən "Goldman Sachs" və onun sahibi Rotşild hazırda inkişaf etməkdə olan nəhəng Asiya ölkəsinin iqtisadiyyatında ən böyük pay sahiblərindən biridir. Beləliklə, ABŞ-ın köklü yəhudi ailələrindən biri olan Rotşidlərin bu iqtisadi "rokirovkası" Qərb yarımkürəsinin iqtisadiyyatına yüzmilyardlarla dollar zərər vuraraq, əksinə Çinin iqtisadi yüksəlişinə böyük təkan vermiş oldu. Böhran zamanı ABŞ və Avropa iqtisadiyyatı borc bataqlığına düşdüyü halda, Rotşildin sərmayə yatırdığı Çinin daxili mal dövrəyyəsi 9,4% artdı. Məhz bu bank Çini öz inkişafının ən yüksək pilləsinə qaldıraraq inkişaf sürətinə görə dünyada lider ölkəyə çevirdi.

Araşdırmalar nəticəsində məlum olan başqa bir fakt isə Rotşildlərin Çinə sərmayə yatırmasının əsas və başlıca səbəblərindən birini üzə çıxardı. Bundan başqa, aparılan araşdırmalar daha ciddi bir faktı ortaya qoyub. Belə ki, qlobal maliyyə böhranı məhz ABŞ-ın başqa iri kapitalist ailələrindən biri olan Rokfellerlərlə Rotşildlər arasında yaşanan konflikt nəticəsində baş verib. Rotşildin 2005-ci ildə öz nəzarətində olan sərmayəni və qızılı ABŞ-dan Çinə köçürməsindən sonra Rokfellerə məxsus "Merill Linch" bankı iflasa uğrayıb. Ziyanı aradan qaldırmaq üçün Rokfeller "Merill Linch"i öz nəzarəti altında olan başqa bir bank vasitəsi ilə satın aldıraraq böhrandan maksimum ziyansız çıxmağa çalışıb. Amma ABŞ iqtisadiyyatına dəyən zərbə artıq dəymişdi. Yəhudi Rotşild ingilis-protestant Rokfellerə tarixdə yemədiyi zərbəni endirmişdi.

İllərdir ki, dünyanı eyni ittifaqda idarə edən bu titanların sərmayəsi arxalarında duran qüvvələr və bu qüvvələrin dünyanı idarə etmək üçün qurduqları strukturlar haqqında yayılmış məlumatlar müasir dövdümüzün əfsanələrinə çevrilib. Qloballaşan dünyada gizliliyi saxlamağın çox çətin olduğunu anlayan bu şəxslər gücləri çatdığı qədər qurduqları strukturun mahiyyətini sadə kimi qələmə verməyə çalışsalar da, yer kürəsində gedən iqtisadi-siyasi prosseslərin axarı və nəzarətdə olması onu göstərir ki, hər şey və hər kəs idarə olunur. İdarə edənlər onların insanlıq üzərində total nəzarətlərini bərqərar etmələrinə maneə olmağa çalışanlara qarşı amansız repressiyalar həyata keçirir və məhz bunun nəticəsidir ki, dünyada bir-birinin ardınca müharibə ocaqları alovlanır.

Rotşildlər

Rotşildlərin maliyyə kapitalının arxasında duran qüvvə "dünya yəhudiliyi"ndən ibarət "mason ordeni"dir. Bu təşkilatın başqa bir adı "Bnay Brit"dir (Böyük Çağırışın oğulları). Təşkilatın əsas özəkləri doğuş yeri olan London və uzun illər Britaniya koloniyası olmuş Honkonq şəhərləridir. Bəli, düz eşitdiniz, Çinin Honkonq şəhəri. Dünyanın ən mühüm maliyyə mərkəzlərindən biri olan Honkonq... Protestant anqlo-saks oliqarxiyasına düşmən kəsilmiş yəhudi lojası bu gün Amerikanın hakimiyyətinə qarşı böyük və nəhəng Çini öz silahına çevirib. Dolların dünya iqtisadiyyatı üzərindəki hakimiyyətinə qarşı çıxmaqdan belə çəkinməyən Rotşildin ortaya atdığı "qızı yuan" layihəsi yəhudi lojasının, sözün əsl mənasında, Amerikaya meydan oxuması deməkdir. Analitiklərin fikrincə, layihənin həyata keçiriləcəyi təqdirdə ABŞ bir göz qırpımında saman daxma kimi çökəcək...

Rokfellerlər

Rokfellerlərin kapitalının arxasında duran isə Katolik kilsəsinin zülmündən Amerikaya qaçmış protestant ingilislərin qurduğu "İllüminati" ordenidir. Dövrünün burjuaziyasını və elm adamlarını özündə birləşdirən "İllüminati" ordeni Rokfellerin əsas dayağı və dünya iqtisadiyyatı üzərindəki hakimiyyətinin əsas qarantıdır. Ordenin mənzil-qərargahının ABŞ-dakı tarixi Yell universitetində yerləşdiyi bildirilir. Ailənin əsasını qoyan Con Rokfeller dünyanın ilk milyarderi sayılır. Aktivlərinin böyük bir hissəsi neft sektorundadır. Hazırda dünyada neftin qiymətini bu ailə müəyyən edir.

İqtisadi savaşın doğduğu "Yaşıl dalğa"

İki titanın arasında gedən müharibədə mövqelərin müəyyən edilməsi prossesi davam edir. Rusiya və Çini himayə edən yəhudi Rotşildə qarşı Rokfeller öz "kozırını" çox məharətlə oynadı. İllərdir aralarındakı gizli sazişə görə, İsrailin Yaxın Şərqdə at oynatmasına göz yuman, öz aqressiv siyasətini həyata keçirmək üçün ona əlindən gələn köməyi göstərən ABŞ, yəhudi dövlətini son illər tutduğu mövqe ilə əməlli-başlı şoka saldı. Rotşildin Rusiya və Çini ABŞ-ın üzərinə qaldırmasına Rokfeller Yaxın Şərqin varlı ərəb monarxları ilə birləşərək cavab verdi. İsrailin başı üzərindəki qara buludların qaraldığı artıq aydın görünür. Fələstin bir dövlət kimi tanındı, İsrailə yeni yəhudi yaşayış məskənləri salmaq ABŞ-ın təşəbbüsü ilə BMT tərəfindən qadağan edildi.

Son Qəzza əməliyyatı zamanı İsrail ordusuna ərəb ərazilərinə girmək qadağan olundu və HƏMAS-ın raket zərbələri İsrail hökumətini bunkerə enməyə məcbur etdi. Baş verən bu prosseslər Rokfellerin Rotşildə qarşı endirdiyi birinci qisas zərbəsi idi. "Ərəb baharının" gətirdiyi yeni ərəb hakimiyyətlərinin "Cihad sevgisi" və İsrailin ətrafını sarmağa başlayan "Yaşıl dalğa" isə yəhudi dövlətini dünya xəritəsindən silməyin Rokfeller üçün çətin bir iş olmadığından xəbər verir. Bu məsələnin sonunun böyük müharibə və hətta Yer Kürəsinin məhvi olacağını proqnozlaşdıranlar az deyil. Sakit okean hövzəsində yaranan konflikt vəziyyəti, Yaxın Şərqi çuğlayan və get-gedə üzü Hindistana doğru yayılan müharibə yaxın on il ərzində dünyanın siyasi xəritəsində köklü dəyişikliklərin olacağından xəbər verir. Rotşildin Rusiyanın ağzı ilə oxutduğu "Avrasiya Birliyi" havası və Rokfellerin bu planı pozmaq üçün Səud ailəsinin başçılığı altında İslam xilafəti yaratması artıq dünya müharibəsinə hazırlıqdır. Bu müharibədən qalib çıxmaq üçünsə, hər iki tərəf malik olduqları bütün resursları ortaya qoymağa hazırdır.

P.S. Titanların ölüm savaşının qurbanları həmişə günahsız milyonlar olur. Getdikcə resursları tükənən dünyamızın isə müqəddəs kəhanətlərdə sonunun gəldiyi yazılır. Oxucularımızı bununla reallıqdan uzaqlaşdırmaq istəmirəm, amma sonda onu mütləq qeyd etməliyəm ki, pulun hakimiyyətinə əsir düşənlər bu hakimiyyətin acımasızlığından ilk əziyyət çəkənlər olacaqlar. İnsan nə qədər varlı olsa da, bu dünyadan əməllərindən başqa heç nə apara bilməyəcək, dünyanın malı dünyada qalacaq, bizə qalan isə Tanrının hüzuru olacaq. Vay sarayları başlarına yıxılanların halına...

Qafqaz Ömərov
qaynar.info