Qanunsuz ov edənlər cərimələnib

9 İyul 2018 16:42 (UTC+04:00)

ETSN-nin mətbuat xidmətindən AzNews.az - a verilən məlumata görə, tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 9, icra qurumlarına 30, aidiyyəti rayon məhkəmələrinə 4 iş göndərilib.

Bundan brakonyerliklə məşğul olan şəxslərə qarşı 27 akt və 30 protokol tərtib edilərək 40497 manat məbləğində inzibati qaydada cərimə və ziyan tətbiq olunub. Qanun pozucularından 17 ədəd ov tüfəngi, 83 ədəd patron, 23 ədəd balıq toru, 2 ədəd qayıq mühərriki və qayıq götürülüb.