Əlilliyi olan 60 şəxs Qubadakı istirahət mərkəzinə göndərildi - Fotolar

9 İyul 2018 18:40 (UTC+04:00)

Nazirlikdən "AzNews.az-a verilən məlumata görə, istirahətə göndərilən əlilliyi olan insanlar yay mövsümündə istirahət etmələri üçün şərait yaradılmasından razılıqlarını ifadə edib, əlilliyi olan şəxslərə göstərilən diqqət və qayğıya görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Əlilliyi olan şəxslərin istirahətinin təşkili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2018-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil olunur. Proqrama uyğun olaraq, bu il artıq 655 nəfər əlilliyi olan vətəndaş Quba, Lənkəran, Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə göndərilib.

Əlilliyi olanların yola salınması və 10 gün istirahət müddətindən sonra geri qaytarılması nazirlik tərəfindən ayrılmış xüsusi nəqliyyat vasitəsi ilə həyata keçirilir.

Yay mövsümünün sonuna qədər əlavə olaraq 450-ə yaxın əlilliyi olan şəxsin də istirahətinin təşkili təmin olunacaq.